15-ci gün

Bu gün təəssüf ki,sonuncu oldu.Təqdimat keçirildi və bir-birindən gözəl layihələr nümayiş etdirildi.İlk çıxışlarda hami həyəcanlı idi,sonra dağılıb yox oldu.Növbə mənə çatdıqda heyf ki tələsik çıxış etməli oldum ,çünki gec idi və tələsirdik.Layihəm bəyənildi və heç bir irad tutulmadı.Kaş bu kurs yay ayına düşəydi və qaranlıqda getmək olmayaydı…..

13-gün

 

Bu günümüz çox səmimi və maraqlı keçdi.Hamımız cəmləşib şəkil çəkdirdik. Vüsalə adlı bir müəllimənin ad günü idi və tort gətirmişdi.Çox sağ olsun ,ləzzətlə yedik.Bunu qeyd etməmək insafsızlıq olar ki,neçə gündür Sevda adlı bir müəlliməmizin zövqlə hazirladığı qəlyanaltiları nuş edirik.Canı sağ olsun,əllərinə sağlıq.Qrup üzvlərinin hamısının xətri mənim üçün çox əzizdir.Ayrılacağımıza heyfsilənirəm.

1o-cu gün

Bu gün mənim üçün çox yorucu gün oldu.İnternet çox zəif idi və mənim işlərimi çox ləngitdi.Əziyyətlə hazırladığım təqdimat necə oldusa silindi.Yenidən hazırlamalı olacagam.Çox təəssüf.

7-ci gün

.Bu günümüz də yuksək əhvalla keçdi.Dediyim kimi mən bu təlimdən çox şey gözləyirəm. Artiq auditoriyaya da öyrəşmişik.Özümü burda məktəbdə olduğumdan daha rahat hiss edirəm,hətta yolum uzaq olmasaydı,kursun bitməsini heç istəməzdim.Görəsən sertifikat alacağammı……

6-cı gün

Bu gün müəllim təqdimatınin işlənmə yollarını öyrəndik.Bunu bilmək hər müəllim üçün çox zəruridir.Nəhayət POVER-POİNT proqrami ilə işləmək imkanina malik oldum.Hələlik tam olmasa da kurs bitənə qədər proqramı tam öyrənsəm çox gözəl olar.Hamımıza uğurlar!!!